Bu gün Milli Məclisin inzibati binasının qarşısında aksiya keçirilməsinə cəhd olub. Polis "Qarabağa azadlıq" şüarı ilə təşkil olunan aksiyanın qarşısını alıb.
Bakı Şəhər Baş Polis İdarəsinin Mətbuat Xidmətinin rəhbəri, polis mayoru Elşad Hacıyevin Unikal.org-a verdiyi məlumata görə, icazəsiz aksiya keçirməyə cəhd edənlər polis əməkdaşlar tərəfindən ərazidən uzaqlaşdırılıb.
O qeyd edib ki, aksiyaya cəhd zamanı heç kəs saxlanılmayıb.
Xatırladaq ki, Müsavat Partiyasının başqanı Arif Hacılı özünün facebook profilində bir neçə şəxsin saxlanldığı barədə məlumat yayıb.