Azərbaycan DillərUniversitetinin (ADU) nəzdində fəaliyyət göstərən Konfutsi İnstitutu pandemiyaya qarşı mübarizə aparan Azərbaycan və Çin həkimlərinə dəstək məqsədilə "Çinin ənənəvi musiqisi" adlı onlayn-layihənin reallaşdırılmasını davam etdirir. 

Unikal.org xəbər verir ki, ADU-nun çinşünaslıq ixtisası üzrə təhsil alan tələbələri Şəbnəm Məmmədova və Nuranə Seyidəliyeva növbəti konsert proqramı çərçivəsində məşhur Çin mahnılarını ifa ediblər. Onlar həmçinin tarixi ənənələri, quruluşu, xüsusimövzuları, obrazları və janrları olan Çin xalq mahnılarının müxtəlifliyi və bədii məziyyətlərindən danışıblar. 

ADU-nun Konfutsi İnstitutunun direktoru Rafiq Abbasov Azərbaycan-Çin musiqi əlaqələrinin tarixindən danışaraq, Heydər Əliyev Fondunun və Xarici Ölkələrlə Dostluq üzrə Çin Xalq Assosiasiyasının təşkil etdiyi Azərbaycan incəsənət ustalarının Çində konsertlərinin keçirildiyini xatırladıb. 

ADU-nun tələbələrinin çıxışlarından ibarət canlıyayımlar eynizamanda Konfutsi İnstitutunun “facebook” səhifəsində də təqdim edilib.