Bu il Azərbaycanda Məhərrəm ayı Miladi təqvimi ilə avqustda başlayacaq.
Unikal.org xəbər verir ki, Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) əməkdaşı Vüsal Cahangiri Lent.az -a bildirib ki, bu il ölkəmizdə Məhərrəm ayının 1-i Miladi təqvimi ilə avqustun 21-nə təsadüf edir.
Məhərrəmin 10-cu günü, yəni Aşura avqustun 30-da qeyd olunacaq.
Məhərrəm ayından sonra gələn Səfər ayının bitməsi bu il oktyabrın 17-nə düşür.
Beləliklə, artıq oktyabrın 18-dən toy və digər şadlıq mərasimlərini keçirmək mümkün olacaq.
QMİ əməkdaşı onu da bildirib ki, bu il Qurban bayramı iyulun 31-nə təsadüf edir.