Səudiyyə Ərəbistanı hökuməti koronavirusa görə Məkkənin ziyarətinə tətbiq etdiyi qadağanı 2 mərhələdə yumşaldacaq.
Unikal.org xəbər verir ki, məlumatı “Anadolu” agentliyi yayıb.
Yumşaldılmanın birinci mərhələsi mayın 31-də başlayacaq. Həmin gündən Məkkəyə giriş-çıxışa və saat 06.00-dan 15.00-dək küçəyə çıxmağa icazə veriləcək.
Məlumata görə, Məscid-Haramda Cümə namazı başda olmaqla camaat namazlarına tətbiq edilən məhdudiyyətlər hələlik qüvvədə qalacaq.
İkinci mərhələ isə iyunun 21-də başlayacaq. Həmin tarixdən Məkkədə saat 06.00-dan 20.00-dək küçəyə çıxmağa icazə veriləcək.