Bakı Mühəndislik Universitetinin (BMU) kimya mühəndisliyi kafedrasının müdiri, dosent Yusif Abdullayev, kafedranın müəllimi Nazani Kərimovanın həmmüəllifləri olduğu məqalə “Wiley” nəşriyyatının impakt faktorlu  “ChemistrySelect” jurnalında dərc olunub.

Unikal.org xəbər verir ki, “Construction of New Azo‐group Containing Polycyclic Imidazole Derivatives: Computational Mechanistic, Structural, and Fluorescence Studies” adlı məqalədə politsiklik imidazolların alınma mexanizmi nəzəri hesablamalar vasitəsilə öyrənilib. Burada hədəf kimi molekulların fluoresens xassələri tədqiq olunub və optioelekronik cihazlarda istifadəsi təklif edilib. 

Məqalənin tam mətni ilə https://doi.org/10.1002/slct.202000949 linki vasitəsilə tanış olmaq olar. 

Qeyd edək ki, “ChemistrySelect” impakt faktoru 1.716 olan və multidisiplinar sahədə fəaliyyət göstərən nüfuzlu kimya jurnallarından biridir.