“Dövlətimizin həyata keçirdiyi siyasətin prioritetlərindən biri də onun sosial xarakter daşımasıdır. Yürüdülən siyasətin mərkəzində Azərbaycan vətəndaşının sosial rifah halının yaxşılaşdırılması və hüquqlarının təmin edilməsi dayanır. Əhalinin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində görülən işlərin məcmusu deyilənlərə bariz nümunədir. Təkcə cari ildə, xüsusilə koronavirus pandemiyası dövründə həyata keçirilən sosial-iqtisadi islahatlara, sosial layihələrə diqqət yetirmək kifayətdir. Azərbaycan cəmiyyətinin həssas təbəqəsini təşkil edən qaçqın və məcburi köçkünlərə dövlətin diqqət və qayğısı da bu qəbildəndir. Belə ki, Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın iştirakı ilə Bakının Qaradağ rayonunda 1336 ailənin yerləşdirilməsinin nəzərdə tutulduğu növbəti yaşayış kompleksi “Qobu Park-3” məcburi köçkünlərin istifadəsinə verilib.”
Bu fikirləri Unikal.org-a açıqlamasında Milli Məclisin deputatı Ağalar Vəliyev söyləyib.
A.Vəliyev qaçqın və məcburi köçkünlər üçün salınmış sayca 111-ci yeni qəsəbənin Lökbatanda istifadəyə verilən “Qobu Park-1” və “Qobu Park-2” yaşayış komplekslərinin yanında inşa edildiyini diqqətə çəkib. “Qobu Park-3” daxil olmaqla ümumilikdə 3700 ailənin yerləşdirilməsi nəzərdə tutlan hər 3 kompleksdə 20 minə yaxın insan yaşayacaq. Qeyd edib ki, bütün bu komplekslərin inşası Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə həyata keçirilib.
Bu günə qədər 100-dən çox qəsəbə-şəhərciyin salındığını, 300 mindən çox məcburi köçkünün mənzillər və fərdi evlərlə təmin olunduğunu xatırladan millət vəkili bildirib ki, ölkə Prezidentinin 2003-cü ildə qarşıya qoyduğu “Azərbaycanda bir dənə də olsun çadır şəhərciyi qalmayacaq" hədəfinə nail olmaq üçün atılan addımlar öz müsbət nəticəsini verdi, çadır şəhərcikləri müasir infrastruktura malik qəsəbələrlə əvəz olundu.
Milli Məclisin deputatı Ağalar Vəliyev qeyd edib ki, əvvəllər baxımsız sahə olan bu ərazidə 2018-ci ildə “Qobu Park-1” yaşayış kompleksində 1026 ailəlik doqquzmərtəbəli 11 bina, 2019-cu ildə “Qobu Park-2” yaşayış kompleksində isə 1300 ailəlik onmərtəbəli 13 bina inşa olunub. “Qobu Park-3” yaşayış kompleksində isə onmərtəbəli 13 yaşayış binası mövcuddur. Ümumi sayı 1336 olan mənzillərin 156-sı bir, 580-i iki, 384-ü üç, 216-sı dördotaqlıdır. Bütün mənzillər mətbəx mebeli, soyuducu, fərdi kombi sistemi kimi zəruri məişət avadanlıqları ilə tam təchiz edilib. “Qobu Park-3” yaşaqış kompleksinin ərazisində məktəblər, uşaq bağçaları, poliklinika, tibb, poçt məntəqələri, idman zalları və digər zəruri sosial infrastruktur obyektləri yaradılıb.
Ölkədə aparılan siyasətin əsas prioritetlərin birinin də uşaqların sağlam böyüməsi və gələcəklərinin tam təmin olunmasına diqqəti yönəldən A.Vəliyev deyib: “Kompleksin ərazisində körpələrin və şagirdlərin yüksək səviyyədə təlim və təhsil alması üçün hər cür imkana malik 280 yerlik uşaq bağçası, 960 yerlik məktəb binası inşa edilib və zəruri tədris avadanlıları ilə təchiz olunub. Kompleksin ərazisində salınan istirahət parkı salınıb, görülən geniş yaşıllıq və işıqlandırma işləri sakinlərin asudə vaxtının səmərəli keçməsi üçün nəzərdə tutlub. Eyni zamanda sakinlərin ixtiyarına 3 idman meydançası və 360 yerlik açıq avtomobil dayanacağı da veriləcək.”
Millət vəkili bildirib ki, 2003-cü ildən başlanan böyük yolun davamı qaçqın və məcburi köçkünlərə diqqət və qayğıda da özünü qabarıq şəkildə büruzə verir: “2004-2019-cu illərdə qacqın və məcburi köckünlərin sosial müdafiəsi ilə bağlı onlarla Fərman və Sərəncam imzalanıb. Reallaşdırılan tədbirlər nəticəsində qeyd edilən dövr ərzində 62 mindən artıq qaçqın və məcburi köçkün ailəsinin mənzil-məişət şəraiti yaxşılaşdırılıb. Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə inşa olunan “Qobu Park" yasayış kompleksləri qaçqın və məcburi köçkünlərin sosial problemlerinin həllinə boyük töhfədir. Möhtərəm Prezidentimiz İlham Əliyev açılış mərasimindəki nitqində də bu məqamlara xüsusi diqqət yönəltmişdir: ”Hər bir məcburi köçkün uzun illər ərzində dövlət tərəfindən aylıq müavinətlə təmin edilir. Əlbəttə, indi dünyada bir neçə ölkədə məcburi köçkunlər vardır və bu ölkələrin sayı artır. Çunki müharibələr, toqquşmalar geniş vüsət alır, yeni köçkün şəhərcikləri salınır. Ancaq hesab edirəm ki, Azərbaycanda bu sahəyə göstərilən diqqət nümunəvi xarakter daşıyır.”
A.Vəliyev onu da əlavə edib ki, cənab İlham Əliyev nitqində bu mühüm məqamı xüsusi qeyd edib ki, bunların sizin üçün müvəqqəti yaşayış yeri olduğunu Azərbaycan xalqı bilməlidir. Torpaqlarımız işğaldan azad ediləndən sonra bu gün hələ də işğal altında olan torpaqlarda buna oxşar gözəl binalar, şəhərciklər tikiləcək, ermənilər tərəfindən dağıdılmıs şəhərlərimizi yenidən quracağıq.
Millət vəkili vurğulayıb ki, dünya dövlətlərinin, beynəlxalq təşkilatların qərar və qətnamələrində Dağlıq Qarabağın Azərbaycanın ayrılmaz tərkib hissəsi olduğu xüsusi önə çəkilib: “Cənab İlham Əliyev nitqində bu əminliyi ifadə edib ki, Azərbaycan tezliklə öz ərazi bütövlüyünu təmin edəcək. Təbii ki, bunu söyləməyə əsas verən amillər movcuddur: dayanıqlı inkişaf, diplomatik mübarizədə qələbə, hərbi qüdrətimizin artması.”
A.Vəliyev Azərbaycanın uğurları fonunda yeganə problemimiz olan Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqisəsinin tezliklə ədalətli həllini tapacağını böyük inam və qətiyyətlə bildirib: “Cənab İlham Əliyevin pandemiyaya qarşı mubarizə tədbirərinin gücləndirildiyi bir zamanda Azərbaycanın dayanıqlı inkişafının təmin edilməsi, beynəlxalq mövqeyinin möhkəmləndirilməsi, dünyaya ünvanlanan birlik, həmrəylik çağırışlarının real həyatda öz əksini tapması istiqamətində atdığı addımlar, inkişaf modelinə etdiyi əlavələr ictimaiyyət tərəfindən yüksək dəyərləndirilir. Hər bir azərbaycanlı harada yaşamasından asılı olmayaraq belə güclü, qüdrətli dövlətin vətəndaşı olmaqdan qürur duyur.”