Baş Nazir Əli Əsədov xüsusi karantin rejimində tənəffüs yollarını qoruyan fərdi vasitələrdən istifadə tələbləri barədə qərar verib.
Unikal.org xəbər verir ki, qərarda deyilir:
“Sanitariya-epidemioloji salamatlıq haqqında” Azərbaycan Respublikası Qanununun 25-ci maddəsinə və Azərbaycan
Respublikası Nazirlər Kabinetinin 2020-ci il 28 fevral tarixli 73-1
nömrəli Qərarı ilə təsdiq edilmiş “Yoluxucu, parazitar və kütləvi qeyriyoluxucu xəstəliklərin əmələ gəlməsi, yaxud yayılması təhlükəsi
yarandıqda karantin-təşkilat, profilaktika və digər zəruri tədbirlərin
görülməsi Qaydaları”na uyğun olaraq Azərbaycan Respublikasının
Nazirlər Kabineti qərara alır:
1. Azərbaycan Respublikasının ərazisində yeni növ
koronavirus (COVID-19) infeksiyasının insanlar arasında kütləvi
yayılmasının qarşısının alınması məqsədilə aşağıda qeyd edilən
hallarda sosial məsafəni gözləmək (insanlar arası məsafə 1,5-2
metr) şərtilə tənəffüs yollarını qoruyan fərdi vasitələrdən (tibbi
maska, parça maska, respirator və sair) istifadə edilməlidir:
1.1. şəhərlərarası (rayonlararası) və şəhərdaxili (rayondaxili)
sərnişindaşımada istifadə olunan nəqliyyat vasitələrində (avtobus,
taksi, metro, dəmiryolu və s.);
1.2. bazarlarda, qapalı ictimai iaşə, ticarət və xidmət
obyektlərində (həmin obyektlərdə göstərilən xidmət növündən asılı
olaraq tənəffüs yollarını qoruyan fərdi vasitələrin çıxarılmasının
zəruri olduğu hallar istisna olmaqla);
2
1.3. dövlət orqanlarının (qurumlarının) binalarında
vətəndaşların qəbulu və vətəndaşlara xidmət üçün nəzərdə tutulan
sahələrdə;
1.4. fiziki və hüquqi şəxslərə məxsus binaların müştərilərə
xidmət göstərilməsi üçün istifadə edilən sahələrində;
1.5. açıq sahəli ofislərdə və istehsalat yerlərində;
1.6. tarix və mədəniyyət abidələri hesab edilən qapalı
məkanlarda, ibadət yerlərində, elm və səhiyyə müəssisələrində,
sosial, mədəniyyət və digər bu kimi qapalı obyektlərdə;
1.7. ictimai nəqliyyat dayanacaqlarında, bilet kassalarının,
bankomatların (ATM) və ödəniş terminallarının, ticarət, iş və xidmət
obyektlərinin qarşısında növbədə;
1.8. insanların toplaşdığı və yaxın təmasda olduğu açıq
havadakı ictimai yerlərdə onlar arasında sosial məsafənin
qorunmasının mümkün olmadığı digər hallarda.
2. Tənəffüs yollarını qoruyan fərdi vasitələrin istifadəsi yeni növ
koronavirus (COVID-19) infeksiyasına qarşı digər qoruyucu
tədbirləri (gigiyena, sosial məsafə və s.) əvəz etmir və həmin
qoruyucu tədbirlərin görülməsi davam etdirilməlidir.
3. Bu Qərarın 1-ci hissəsinin tələblərinin pozulması
Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi ilə müəyyən
edilmiş məsuliyyətə səbəb olur.