"Kafe və restorana gələn şəxs həmin obyektə daxil olduqda tibbi maska taxmalıdır"
Unikal.org xəbər verir ki, bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın keçirdiyi brifinqdə TƏBİB sədri Ramin Bayramlı deyib.
Onun sözlərinə görə, ictimai iaşə obyektlərində maska yalnız masa arxasına keçdikdən sonra çıxarıla bilər:
"Obyektin içərisində hərəkət etməyə zərurət yarandıqda da, mütləq maskadan istifadə olunmalıdır"
Həmçinin qeyd olunub ki, kafe və restoranlarda açıq bufetlərin təşkili qəti qadağandır.