""Mall"lara daxil olan müştərilər də mütləq maskadan istifadə etməlidirlər"
Unikal.org xəbər verir ki, bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın keçirdiyi brifinqdə TƏBİB sədri Ramin Bayramlı deyib.
Onun sözlərinə görə, maskalar həm burunu, həm də ağızı qapayacaq şəkildə istifadə olunmalıdır:
"Əks təqdirdə heç bir qoruyuculuq qalmır. "Mall"ların daxilində də həm satıcılar, həm də müştərilər mütləq maska taxmalıdırlar"