"İctimai iaşə müəssisələrində karantin rejiminin qaydalarına əməl olunmasına nəzarət edən bir şəxs olmalıdır."
Unikal.org xəbər verir ki, bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın keçirdiyi brifinqdə İbrahim Məmmədov deyib.
O həmçinin bildirib ki, xidmət göstərən obyekt orada qaydaların əməl olunmasına görə məsuliyyət daşıyır:
"Taksi sürücüləri də sərnişinlərin karantin qaydalarına əməl etməsinə görə məsuliyyət daşıyacaqlar"