Ölkədə olan faktiki hava şəraiti açıqlanıb.
Milli Hidrometeorologiya Xidmətindən Unikal.org-a verilən məlumata görə, 30 may 2020-ci il, saat 16:00-a olan məlumatına əsasən, şimal-qərb küləyi Neftçalada 20 m/s, Tər-tərdə 18 m/s, Xaçmazda 16 m/s, Bakıda və Abşeron yarımadasında: Bakı, Sumqayıtda 28 m/s, Qum adasında 26 m/s, Maştağada 25 m/s, Binədə 23 m/s, Çilov adası, Pirallahıda 20 m/s, Zabratda 18 m/s, Neft Daşlarında 22 m/s-dək güclənib. Neft Daşları stansiyasının məlumatına əsasən dalğanın hündürlüyü 4.5 metrə çatıb.