Azərbaycanlı jurnalist Anar Cəfərsoy koronavirusdan dünyasını dəyişən anasının dəfnində iştirak edə bilməyib.

Unikal.org xəbər verir ki, bu barədə baş redaktor, 44 yaşlı Anar Cəfərsoy sosial media hesabında paylaşım edib. 

Özü də koronavirusdan əziyyət çəkən jurnalist anası Zöhrə Cəfərovaya son sözlərini belə ifadə edib: 

“Bütün varlığım, tacım, canım Ana, koronavirusdan sənin həyatını xilas edə bilmədik, cəhdlər alınmadı, bacarmadıq, vida görüşündən də kənarda qaldım. Allahın əmri qarşısında hər kəs acizdir. Uca Rabbimin lütfünə, mərhəmətinə, məğfirətinə tam əminəm. Atamı itirəndə də fədakarlığın, sonsuz zəhmətinlə bizi çiyinlərində daşıdın Ana. Allah anamı, atamı qəbr əzabı, cəhənnəm atəşindən qorusun, cənnətlik etsin.

Anam Zöhrə, atam Kamil, rahat olun. Allah rizasını dərk edərək, son nəfəsimizə kimi üç qardaş olaraq Vətənə, millətə, xalqa, insanlara düzgün xidmət etməyə davam edəcəyik. vida görüşündən kənar qalıb”.

Qeyd edək ki, 69 yaşlı Z.Cəfərova, mayın 28-də Mərkəzi Neftçilər Xəstəxanasında vəfat edib.