Azərbaycanın işğal altında olan ərazilərində yeni növ koronavirus infeksiyasına (COVID-19) yoluxma halları artır.

Unikal.org xəbər verir ki, daha 3 yeni yoluxma faktı qeydə alınıb. Bununla da, işğal altındakı ərazilərimizdə COVID-19-a yoluxanların sayı 57-yə çatıb.

Virusa yoluxanlardan 26 nəfəri sağalıb, xəstəlikdən ölüm faktı qeydə alınmayıb.