"Bu gün ölkədə çarpayı fondu yetərlidir".
Unikal.org xəbər verir ki, bunu TƏBİB-in İdarə Heyətinin sədri Ramin Bayramlı Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində çıxışı zamanı deyib.
O bildirib ki, koronavirus problemi hələ də aktualdır:
"Ona görə də insanlar diqqətli olmalıdır. Bəzən insanlar qoyulan şərtlərə biganə yanaşırlar. Təəssüf ki, bu gün 325 nəfər yoluxma qeydə alınıb. Bu sayların təqdim olunmasına baxmayaraq qaydalar pozulur və bəzən bu, kütləvi olur".