"Küçəyə çıxmanın qadağan olduğu günlərdə şəxsi və ictimai nəqliyyatdan istifadə mümkün olmayacaq"
Unikal.org xəbər verir ki, bunu TƏBİB-in İdarə Heyətinin sədri Ramin Bayramlı Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində çıxışı zamanı deyib.
O bildirib ki, yalnız zəruri sahələrdə çalışan şəxslərlə bağlı istisnalar ola bilər. Bununla bağlı sabah ətraflı məlumat veriləcək.