"Hələ ki bu detallar məlum deyil. Sabah Baş Nazir öz çıxışında bu məsələlərə aydınlıq gətirəcək"
Unikal.org xəbər verir ki, bunu Nazirlər Kabinetinin Mətbuat Xidmətinin rəhbəri İbrahim Məmmədov Nazirlər Kabineti yanında Operativ Qərargahın bu gün keçirilən brifinqində deyib.
O bildirib ki, nələrin məhdudlaşdırılacağı sabah bilinəcək. Hökümət rəsmisi həmçinin cərimələrin tətbiq olunacağını deyib.