"190 manatın verilməsi iyun ayı üçün nəzərdə tutulmurdu. Yumşalmalar olduğu üçün həmin şəxslər artıq işləməyə başlayıblar"
Unikal.org xəbər verir ki, bunu Nazirlər Kabinetinin Mətbuat Xidmətinin rəhbəri İbrahim Məmmədov Nazirlər Kabineti yanında Operativ Qərargahın bu gün keçirilən brifinqində deyib.
O bildirib ki, yenidən məhdudiyyətlər tətbiq olunduğu üçün bu məsələ yenidən müzakirə oluna bilər.