“Səhər və axşam saatlarında işləyən insanların sayını nizamlamaqla ictimai nəqliyyatda sıxlıq aradan qaldırıla bilər. Bu məsələ ilə bağlı Operativ Qərargaha təkliflər vermişik. Təklifimiz qəbul olunsa, işə gələnlər və işdən çıxanlar 3 ayrı qrupa bölünəcək.
Unikal.org xəbər verir ki, bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın keçirdiyi mətbuat konfransında Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İdarə Heyətinin sədri Ramin Bayramlı bildirib.
Onun sözlərinə görə, ayrı-ayrı saatlarda - saat 08:00, 08:30 və 09:00 olmaqla və ya bir saat fasilələrlə işə gəlmək və axşam belə ardıcıllıqla işdən gec çıxmaqla ictimai nəqliyyatda sıxlığın aradan qaldırılması mümkündür.