Bakıda koronavirusla əlaqədar şənbə və bazar günü karantin rejiminin tətbiqi marketlərdə çörək qıtlığına səbəb olub.
Unikal.org-un məlumatına görə, bir sıra əsas marketlərin piş taxtalarında çörək çox satıldığından boş qalıb. Bəzi insanlar qarşıdakı karantin günləri üçün çörək tapa bilmirlər.
Hətta marketlərdə kərpic çörəyi, gürcü təndiri. Baqet, smit çörəyi, papatita çörəyi, günəbaxan tumu ilə çörək, sendviç çörəyi, kəpəkli çörək, ramazan lavaş. Az mayalı çörək növlərinə də rast gəlinmir.
Şəhər sakinləri, demək olar ki, mağazalardakı bütün çörəkləri və digər un məmulatlarını alıb.
Marketlərdən bildirilir ki, istehsal zavodlarından gün ərzində 3 dəfədən çox çörək gətirilsə də təlanatı ödəyə bilməyiblər.
Təndirxanaların qarşısında uzun növbələr yaranıb.