Bu gündən Bakı metrosunda sərnişindaşıma fəaliyyəti iki günlük dayandırılıb.
Unikal.org xəbər verir ki, bu, Baş Nazir Əli Əsədovun iyunun 4-də "Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərlərinin və Abşeron rayonunun ərazisində xüsusi karantin rejiminin sərtləşdirilməsi ilə bağlı əlavə tədbirlər barədə" imzaladığı qərarda öz əksini tapıb.
Qərara əsasən, 6 iyun saat 00:00-dan 8 iyun 06:00-dək Bakı metropolitenində sərnişindaşıma fəaliyyəti dayandırılıb.
Eyni zamanda, sərt karantin rejimi tətbiq olunması ilə əlaqədar 6 iyun saat 00:00-dan 8 iyun saat 06:00-dək Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərlərinin və Abşeron rayonun sərnişindaşımalar tam dayandırılıb. Həmin müddətdə Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərləri və Abşeron rayonunda əhalinin yaşayış yerlərini və ya olduğu yerləri tərk etməsi qadağan edilib.