Azərbaycanda tanınmış alim dünyasını dəyişib.

Unikal.org-un əldə etdiyi məlumata görə, filologiya elmləri namizədi, H.Əliyev adına Ali Hərbi məktəbin dosenti Aydın Həsənov 73 yaşında vəfat edib. Onun koronavirus səbəbindən dünyasını dəyişdiyi iddia olunurdu. Alimin ailə üzvləri Unikal.org-la əlaqə saxlayaraq onun "Covid-19" səbəbindən yox, ürək çatışmazlığından vəfat etdiyini bildiriblər. A.Həsənov paytaxtda yerləşən xəstəxanalardan birinə yerləşdirilsə də, onun həyatını xilas etmək mümkün olmayıb.

Elvin Rüstəmov