Jurnalistlərin təşəbbüsü ilə Zığ şossesinin kənarında, jurnalistlər tərəfindən əkilən meyvə ağacları bar verib.
Unikal.org xəbər verir ki, bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri İradə İbrahimova öz "Facebook" səhifəsində məlumat yayıb və jurnalistlər bağının fotolarını paylaşıb.
"Artıq jurnalistlər əkdikləri ağacların məhsulundan dada bilərlər. Əkən əlləriniz VAR olsun!
İstədim ki, bağın ərsəyə gəlməsində zəhməti olanlar əkdikləri ağacların bəhrəsini görsünlər və bu ürəkaçan mənzərənin şahidi olsunlar" - deyə, o qeyd edib.
Xatırladaq ki, 10 mart 2019-cu il tarixində 100-dən çox jurnalistin iştirakı, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin dəstəyi ilə Bakıda jurnalistlər bağı salınıb, əraziyə damcılı suvarma sistemi çəkilib və bağa "Yaşıl qələm" adı verilib.