Ötən günlərdə Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) koronavirusu asemptomatik keçirən insanların digərlərini yoluxdurmadığını açıqlamışdı.

Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, ABŞ-ın Harvard Universiteti tərəfindən edilən açıqlaqmada bu fikrin yalnış olduğu bildirilib. Universitetin alimləri ÜST-ü "cəmiyyəti yalnış yönləndirmək"lə ittiham edib.

Bu mübahisələrdən sonra ÜST sözü gedən açıqlamasını geri çəkib. Koronavirusun heç bir simptomunu göstərməyən insanların da başqalarını yoluxdurmaq ehtimalları olduğu bildirilib.