Keçən ildən etibarən ümumi təhsil müəssisələrində şagird yerdəyişməsi prosesi elektron sistem vasitəsilə həyata keçirilib.

Bu barədə Unikal.org-a Bakı Şəhəri üzrə Təhsil İdarəsindən məlumat verilib. 

Bildirilib ki, Təhsil Nazirliyi tərəfindən şagirdlərin elektron yerdəyişməsi prosesi vətəndaşlar üçün daha bir imkan deməkdir.

Məlumata görə, 2019-2020-ci tədris ili ərzində Bakıda 23 589 şagird elektron sistem vasitəsilə bir məktəbdən digərinə köçürülüb.