Cari ilin yanvar-aprel aylarında Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən ilkin məlumatlara əsasən 34 749 doğulan körpə qeydə alınıb.

Bu barədə Unikal.org-a Dövlət Statistika Komitəsindən məlumat verilib.

Bildirilib ki, halinin hər 1000 nəfərinə bu göstərici 10,6 təşkil edib. Doğulanların 53,1 faizi oğlan, 46,9 faizi isə qız uşaqlarıdır. 

Doğulan körpələrdən 912-si əkiz, 30-u isə üçəmlər olmuşdur.