BP-yə ağır zərbə
11:21 30-11-2012
İQTİSADİYYAT
BP-yə ağır zərbə
Bu zərbə Azərbaycanda da təkrarlana bilər
Son zamanlar BP şirkəti ilə Azərbaycan arasında ciddi problemlər yaşanmaqdadır və bu problemlər Azərbaycana 8 milyard dollardan çox ziyan verib. Məhz buna görə prezident İlham Əliyev BP şirkətinin fəaliyyətini kəskin tənqid etdi və şirkətə xəbərdarlıq edildi. Bundan sonra BP-in Azərbaycan nümayəndəliyində müəyyən dəyişikliklər olundu və hazırda BP üzərinə düşəcək öhdəlikləri yerinə yetirmək üçün vaxt əldə edib. Çox maraqlıdır ki, dünyaca məhşur şirkətin fəaliyyətində başqa problemlərdə yaranıb və bu problemə ağır zərbə ABŞ-dan gəldi.
ABŞ Böyük Britaniyanın BP şirkətinə qadağa qoyub. BP ABŞ hökuməti ilə yeni iş müqavilələri imzalaya bilməyəcək. Başqa sözlə, şirkətin ABŞ hökuməti ilə əməkdaşlığı müvəqqəti dayandırılıb. ABŞ Ətraf Mühiti Qoruma İdarəsi bu qərarın BP-nin ticari dürüstlük məsələsindəki "çatışmazlıq" səbəbindən belə qərar qəbul olunduğunu açıqlayıb. BP 2 il əvvəl Meksika körfəzində şirkətə məxsus neft platformasında baş verən partlayış və körfəzə neft sızması zamanı məsuliyyətsizlikdə günahlandırılır.
ABŞ hökumətinin BP ilə əməkdaşlığına qoyulmuş qadağanın müddəti məlum deyil. Bu qərarın ABŞ Ədliyyə Nazirliyinin keçən həftə Meksika körfəzindəki olayla bağlı şirkətə rekord həcmdə - 4 milyard dollar cərimə kəsməsindən sonra verilməsi də diqqət çəkir.
Xatırladaq ki, Meksika körfəzindəki neft platformasında baş verən partlayış nəticəsində 11 nəfər ölüb, 87 gün ərzində körfəzə 757 milyon litr xam neft axıb. Sahildə yerləşən bir çox şəhərlər ekoloji fəlakətlə üzləşib.Maraqlıdır, BP-yə qarşı Azərbaycanda belə bir addım ata bilərmi? Ekspert Elxan Şahin oğlunun "Unikal"a verdiyi bilgidə qeyd olunur ki, bu gün Azərbaycanın BP-yə hansısa qadağalar qoyması inandırıcı deyil. Ekspertin dediyinə görə BP-yə vaxt verilib və BP bu müddətdə hasilatı artırmaqla problemini həll edə bilər:-"Mən hesab etmirəm ki, Azərbaycan 8 milyard pulla vidalaşmalıdır. Çünki BP hasilatı artırandan sonra bu pulları büdcəyə daxil etmək olacaq. Və hesab edirəm ki, bu şirkət artıq hasilatı artırmaq üçün müəyyən addımlar atır. ABŞ-da baş verən proseslərdən sonra BP istəməz ki, başqa dövlətlərlə də eyni problem yaşansın. Çünki başqa bir dövlətlədə eyni problem yaşanarsa bu şirkətin beynəlxalq nüfuzuna ağır zərbə olar. Buna görə də BP şirkəti Azərbaycan qarşısında götürdüyü öhdəlikləri yerinə yetirəcək". Ekspertin fikrincə bu gün dünyada elə şirkətlər var ki, BP-ni rahatlıqla əvəz edə bilər. Və sabah BP Azərbaycan qarşısında öhdəlikləri yerinə yetirə bilməzsə Azərbaycan BP-yə qarşı sanksiyalar tətbiq edə və əməkdaşlığı dayandıra bilər. Bununla yanaşı digər ekspertlərdə hesab edir ki, BP-Azərbaycan münasibətləri heç də qaydaya düşməyəcək. Çünki hazırda neft çıxarma işlərində problemlər yaranıb və BP bu problemləri həll etmək üçün əlavə vəsait sərf etməlidir. Amma BP bununla razılaşmaq istəmir və bu səbəbdən hasilatı artırmayacaq. Buda bildirilir ki, BP şirkəti kifayət qədər siyasi proseslərə təsir etmə gücündədir və çox böyük ehtimal ki, şirkət problemini siyasi yollarla həll edəcək. Belə ki, 2013-cü ildə Azərbaycanda prezident seçkiləri olacaq və hazırda beynəlxalq təşkilatlar Azərbaycana yönəli sərt xətt tutublar. İstər Avropa İttifaqı, istərsə də AŞPA Azərbaycana sərt şərtlər yönəldib və ekspertlər hesab edir ki, bu sərtlik daha da artacaq. Çünki qərbin öz maraqları var və bu maraqları təmin etmək üçün zaman-zaman Azərbaycana hansısa təzyiqlər edilib. Bunu da qeyd edək ki, "Eurovizion" mahnı yarışması zamanı bu təzyiqlər daha da artmışdı. Müşahidəçilərin fikrincə hadisələrin gərginləşdiyi dönəmdə BP Azərbaycana lobbiçilik xidməti təklif etməklə arada yaranan problemi yoluna qoya bilər. Xatırladaq ki, BP-in dünyada böyük nüfuzu var və müəyyən siyasi dairələrə təsir etmə imkanları da var. Hətta belə fikirlərdə səsləndirilir ki, əksər şərq ölkələrində hakimiyyətlərin dəyişməsində BP-in müstəsna rolu olub.
Sonda bunu da qeyd edək ki, BP-in bu gün dünyada ən böyük yataqları məhz Azərbaycanda yerləşir və buna görə şirkət heç bir halda Azərbaycanla əlaqələrin kəsliməsinə yol verməyəcək. Bu isə bir daha əsas verir ki, şirkətin öhdəliklərini yerinə yetirməsinə inanaq.
Mehdi Əli
Digər Xəbərlər
2024-12-23 20:12:40
2024-12-23 18:21:07
2024-12-23 16:56:42
2024-12-23 16:55:35
2024-12-23 16:51:28
2024-12-23 15:51:48
2024-12-23 14:54:00
2024-12-23 12:30:00
2024-12-23 10:39:39
2024-12-23 10:06:03
2024-12-23 09:28:54
2024-12-23 09:17:32
2024-12-21 12:17:35
2024-12-21 11:02:55
2024-12-20 17:13:00
2024-12-20 15:33:58
2024-12-20 13:45:49
2024-12-20 11:44:20
2024-12-20 09:27:05
2024-12-20 09:26:35