Gəncədə ailə münaqişəsi zəminində baş verən hadisə ilə bağlı yeni təfərrüatlar məlum olub.

Unikal.org  apa-ya istinadən xəbər verir ki, qətli törədə şəxs, 1950-ci il təvəllüdlü Quliyev Mahir Əliqara oğlu qardaşının ailə üzvlərini bıçaqlayıb.

M.Quliyev qardaşı arvadını, öz gəlinini və nəvələrini bıçaqlayıb.

Qardaşı arvadı, 1967-ci il təvəllüdlü Quliyeva Ofeliya Həmid qızı hadisə yerində dünyasını dəyişib.

Gəlini və nəvələri isə yaralı vəziyyətdə xəstəxanaya yerləşdirilib.

20:35

xxx

Gəncədə 4 nəfərin bıçaqlanması ilə nəticələnən hadisə baş verib.

Unikal.org apa-ya istinadən xəbər verir ki, hadisə ailə münaqişəsi zəminində baş verib.

Ailə başçısı həyat yoldaşını, gəlinini və iki nəvəsini bıçaqlayıb. Nənə hadisə yerində dünyasını dəyişib.

Hadisəni törədən şəxs polis tərəfindən saxlanılıb.