Bakının Nərimanov rayonunda 50-55 yaşlı kişi huşsuz vəziyyətdə aşkarlanıb.
Unikal.org oxu.az-a istinadən xəbər verir ki, bu gün 12:30 radələrində “Nəriman Nərimanov” metrostansiyasının yaxınlığında Daxili İşlər Nazirliyinin Əlahiddə Çevik Polis Alayının Xüsusi təyinatlı 2-ci tabor 3-cü bölüyünün manqa komandiri, polis baş serjanti Kamran Əliyev xidmət apararkən 50- 55 yaşında kişi vətəndaşın səkidə hərəkət edərkən anidən yıxılmasını müşahidə edib.
Ona yardım göstərmək üçün yaxınlaşan zaman vətəndaşın başından və qulağından qan axdığını müşahidə edib. Təcili Tibbi Yardım xidmətinə zəng edilib, onlar gələnə kimi vətəndaşa kömək edilib.
Daha sonra vətəndaş xəstəxanaya aparılıb.