Xəbər verdiyimiz kimi, “İşsizlikdən sığorta haqqında” qanunda dəyişiklik edilməsi barədə” qanun layihəsi hazırlanıb. Mövcud qanunvericilikdə müəssisənin ləğvi və ya işçilərin sayının ixtisar edilməsi nəticəsində əmək müqaviləsinə xitam verilmiş şəxslərə azı 3 il sığorta müddəti 1 ilədək azaldılması təklif olunur. Bu zaman 1 ilə qədər işləyən işçilər üçün güzəştlərin tətbiq olunacağı məsələsi gündəmə gəlir.
Bununla bağlı Unikal.org-a Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Fazil Talıbov məlumat verib.
Qurum rəhbəri bildirib ki, 1 ilə qədər işləyən şəxslərlə bağlı hansısa güzəşt olunmayacaq: "Bu müddət 3 ildən 1 ilədək azaldılacaq. Bunun özü böyük güzəştdir, bu da işsizlikdən sığorta şirkətinin əhatə dairəsini dəfələrlə artıracaq. 1 ilə qədər işləyənlər üçün isə hansısa güzəşt nəzərdə tutulmur".
Dürrə Həsənova