Dövlət Vergi Xidmətində yeni kadr dəyişikliyi olub.
Unikal.org oxu.az-a istinadən xəbər verir ki, bu barədə İqtisadiyyat naziri Mikayıl Cabbarov əmr imzalayıb.
Əmrə əsasən, Cavanşir Nuriyev İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsinin rəisi müavini təyin edilib.
O, hələlik rəis vəzifəsini də icra edəcək.
C.Nuriyev əvvəl qurumun Daxili Təhlükəsizlik Baş İdarəsinin rəisi vəzifəsində çalışıb.
Qeyd edək ki, o, 2019-cu ildən Ədliyyə nazirinin müavini işləyən Eldar Nuriyevin oğludur.