İki həftə ərzində iki günlük məhdudiyyətlərin tətbiqi üçün düşünülmüş şəkildə addımlar atılıb. Xarici ölkələrin təcrübəsindən yaralanılıb. Bu, bizə imkan verdi ki, uzun müddətli məhdudiyyətlərin tətbiqi üçün vaxt qazanaq.
Unikal.org xəbər verir ki, bunu Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) sədri Ramin Bayramlı Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində deyib.
Onun sözlərinə görə, bunun üçün azı 2 həftə vaxt tələb olunur: “Ölkəmizdə koronaviruslu xəstələrin sayı ilə bağlı vəziyyət ürəkaçan deyil. Bizim gedişata əsasən müxtəlif ssenarilərimiz mövcuddur. Məhdudiyyətlərin tətbiqinin hansı hallarda zəruri olacağı açıqlanmışdı”.