"Məhdudiyyətlərin tətbiq olunduğu müddət ərzində iri ticarət mərkəzləri də bağlanacaq".
Unikal.org xəbər verir ki, bunu Operativ Qərargahın nümayəndəsi Leyla Abdullayeva bu gün keçirilən brifinqdə deyib.
İyunun 21-dən iyulun 5-dək Bakı, Sumqayıt, Abşeron, Gəncə, Yevlax, Cəlilabad, Lənkəran və Masallıda xüsusi məhdudiyyətlər tətbiq olunacaq.