Deksametazon və digər dərmanlarla bağlı elmi məqalələr çıxır, vətəndaşlar təşvişlə bunu dinləyir.
Unikal.org xəbər verir ki, bunu Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) sədri Ramin Bayramlı Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində deyib.
Onun sözlərinə görə, xarici ölkələrdə xəstəliklə mübarizədə istifadə olunan tibbi protokallar bizdə də tətbiq olunur.
“Deksametazon bizdə də istifadə olunub. Bu, xəstəliyin kritik mərhələsində istifadə edilir. Dərmanlardan istifadə olunsa, vətəndaşların immun sistemini sıradan çıxara bilər. Apteklərdən artıq dərmanı soruşulur. Bu dərman protokola uyğun şəkildə lazım olanda istifadə olunur. Həmişə istifadə olunmur”.
Mərkəzi Gömrük Hospitalının “Elmi Təcrübi və Tədris Mərkəzi”nin rəisi, deputat Rəşad Mahmudov isə bildirib ki, insanlar tərəfindən qısa müddətdə bütün deksametazon preparatları alınıb.
“Bu dərmandan ev şəraitində istifadəsi məsləhət görülmür. Bu yolla əldə olunan dərmanların istifadəsinə qətiyyən yol verilmir. Reanimasiyada yatan xəstələrdə antivural dərmanlar nəticə vermədikdə suni ventelyasiya aparatına bağlı olan xəstələrdə istifadə edirik. İnsanlar həssasdır, dünyada hər yerində informasiya yükü var. İki gündür Bəhram müəllimə ağciyər transplantasiyası müzakirə edilir. Lakin infeksiya vəziyyətində bu dünyanın heç yerində mümkün deyil”.