Bakı şəhərinin Qaradağ rayonunda ümumi sahəsi 6 m2 olan taxta konstruksiyalardan ibarət köməkçi tikili və ona bitişik sahəsi 100 m2 olan birmərtəbəli 3 otaqlı evin dam örtüyünün yanar konstruksiyaları 3 m2 sahədə yanıb.
Unikal.org-un Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, evin qalan hissəsi yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.