Bakıda suda boğulan 40 yaşlı kişi bank işçisi imiş.

Unikal.org xəbər verir ki, bu barədə Oxu.Az-a Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətindən məlumat verilib. Bildirilib ki, hadisə Mərdəkan sularında Xilasetmə məntəqəsindən təxminən üç kilometr aralıda, nəzarətsiz ərazidə baş verib:

“Ərazi kifayət qədər təhlükəlidir. Kanal birbaşa dənizə axır. Çimərlik dağlardan və qayalıqlardan ibarətdir”.