Şəmkir rayonunda bıçaqlanma hadisəsi baş verib.
Unikal.org report-a istinadən xəbər verir ki, 15-16 yaşlı gənc oğlan (şəxsiyyəti müəyyənləşdirilir-red) bıçaq xəsarəti alıb.
O, ağır vəziyyətdə xəstəxanaya çatdırılıb. Yaralının Gəncə şəhərində yerləşən xəstəxanaların birinə göndərilməsi nəzərdə tutulur.
Hadisənin təfərrüatları araşdırılır.