Tərtərdə sürücünün ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Unikal.org apa-ya istinadən xəbər verir ki, hadisə rayonun Qaraqoyunlu kəndi ərazisində qeydə alınıb.

Kənd sakini, 1963-cü il təvəllüdlü Məmmədov Təhməz Akif oğlunun idarə etdiyi "VAZ 2107" markalı avtomobil hərəkətdə olan yük maşını ilə toqquşub. Nəticədə "Jiquli"nin sürücüsü T.Məmmədov hadisə yerində dünyasını dəyişib, yük avtomobilində olan sərnişin və sürücü isə ağır bədən xəsarətləri ilə Bərdə Mərkəzi Rayon Xəstəxanasına çatdırılıblar, vəziyyətləri ağırdır.

Faktla bağlı araşdırma aparılır.