Oğuz rayonunun dağlıq-meşəlik ərazisində yanğın başlayıb. 

Unikal.org xəbər verir ki, hadisə bu gün axşam saatlarında rayonun Xaçmaz kəndi yaxınlığında, dağətəyi ərazidə baş verib. 

Yanğının söndürülməsi üçün əraziyə Fövqəladə Hallar Nazirliyinin (FHN) Oğuz rayon Dövlət Yanğından Mühafizə Hissəsinin texnikaları və canlı qüvvəsi cəlb olunub.

Məlumata görə, yanğın hələ də davam edir.(report)