Bakıda piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Unikal.org-un məlumatına görə, hadisə Nizami rayonunda qeydə alınıb.

Belə ki, 1992-ci il təvəllüdlü Məmmədzadə Əmrah Nürəddin oğlu xəsarət alıb. Yaralı təcili tibbi yardım briqadasının köməkliyi ilə xəstəxanaya çatdırılıb.

Ona sol oynağın, alt çənənin əziyi diaqnozu qoyulub.