Bakıda baş verən dəhşətli qəza anı kameraya düşüb.

Unikal.org  Avtosfer.az-a istinadən xəbər verir ki, hadisə Heydər Əliyev prospektində, “Koroğlu” metrostansiyasının yaxınlığında baş verib.

“Daewoo” markalı avtomobil təhlükəsizlik adacığının üstünə çıxaraq, sağa manevr etmək istəyib.

Bu zaman “Toyota Prado” markalı avtomobilin önünə çıxıb.

Qəza nəticəsində hər iki avtomobilə ciddi ziyan dəyib. Sürücülər xəsarət alıb.