Bu gün ictimai fəal Bəxtiyar Hacıyev səhər saatlarından Bakı Şəhər Baş Polis İdarəsinə çağırılıb.
Unikal.org xəbər verir ki, vəkili Aqıl Layıc feysbukda bildirib ki, hazırda idarənin qarşısında onu gözləyir:
“Rəis heyətindən zəng edərək bildirdilər ki, qısa zaman ərzində Bəxtiyar inzibati binadan çıxacaq. Qeyd edim ki, xeyli müddətdir məni onun yanına buraxmırlar”.
Daha sonra digər paylaşımında vəkil B. Hacıyevin artıq idarədən çıxdığını yazıb.
Qeyd edək ki, B. Hacıyevin deputat Fazil Mustafanın şikayəti əsasında dindirildiyi bildirilir.