Yaponiyada fəaliyyətə başlayacaq altı ölkənin, o cümlədən Azərbaycanın səfiri koronavirus pandemiyasına görə etimadnamələrini İmperator Naruhitoya təqdim edə bilmirlər.
Unikal.org-un əldə etdiyi məlumata görə, Azərbaycan Respublikasının Yaponiyadakı fövqəladə və səlahiyyətli səfiri Gürsel Qüdrət oğlu İsmayılzadə diplomatik protokol qaydalarına görə həmin diplomatlar hələ də gözləyən səfir statusunda qalıb. Səfirimiz etimadnaməsinin surətini Xarici İşlər Nazirliyinə təqdim etdiyinə görə öz diplomatik fəaliyyətlərinə başlayıb.
Xəbəri Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva Unikal.org-a təsdiqləyib. O, qeyd edib ki, Tokioda və ölkənin digər ərazilərində koronavirusa yeni yoluxma halları azalacağı təqdirdə səfirimiz etimadnaməsini İmperatora təqdim edə biləcək.
Famil Fərhadoğlu