Bakı-Qazax avtomobil yolunun Yevlax rayonundan keçən hissəsində yol-nəqliyyat hadisəsi baş verib.

Unikal.org xəbər verir ki, qəza zamanı iki TIR toqquşub. Toqquşma nəticəsində TIR-lardan birinin sürücüsü ağır bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib. Hər iki yük maşınına ciddi ziyan dəyib.

Faktla bağlı araşdırma aparılır.