Bərdədə saç ustası qətlə yetirilib.
Unikal.org apa-ya istinadən xəbər verir ki, hadisə Bərdə şəhərində qeydə alınıb. Şəhər ərazisində fəaliyyət göstərən kişi salonunda işləyən Məmmədov Ceyhun Hüsü oğlu iş yerində öldürülüb. İlkin məlumata görə, saç ustası qayçı ilə qətlə yetirilib.
Faktla bağlı cinayət işi başlanıb.
Hazırda cinayəti törədən şəxsin müəyyən edilərək tutulması istiqamətində əməliyyat-axtarış tədbirləri davam etdirilir.