Bakıda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Unikal.org xəbər verir ki, hadisə Suraxanı rayonunda qeydə alınıb.

Hövsan qəsəbəsində iki avtomobilin toqquşması nəticəsində 1983-cü il təvəllüdlü Cəfərov Ruslan Akif oğlu, 1959-cu il təvəllüdlü Ağayev Mehman Ağamoğlan oğlu və 1994-cü il təvəllüdlü Cəfərov Ramin Əkbər oğlu xəsarət alıblar.

"Report"un məlumatına görə, yaralılar təcili tibbi yardım briqadasının köməkliyi ilə xəstəxanaya çatdırılıblar. R.Cəfərova başın əziyi, M.Ağayevə körpücük sümüyünün sınığı və R.Cəfərova isə döş qəfəsinin əziyi diaqnozları qoyulub.