Bərdədə yeniyetmə aşan traktor altında qalaraq ölüb.

Unikal.org xəbər verir ki, hadisə rayonun Yeni Daşkənd kəndi ərazisində qeydə alınıb.

Kənd sakini 15 yaşlı Məmmədzadə Elnur Siyavuş oğlu otlaq sahədə işləyən zaman  traktor onun üzərinə aşıb.

E.Məmmədzadə yaxınlarının köməkliyi ilə Bərdə Mərkəzi Rayon Xəstəxanasına aparılarkən  yolda dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.