Yuxarı Qarabağ su kanalının Ağcabədi rayonu, Hacıbədəlli kəndi ərazisindən keçən hissəsində bir nəfər batıb.
Bu barədə Unikal.org Fövqəladə Hallar Nazirliyinə (FHN) istinadən xəbər verir.
Bildirilir ki, FHN-in "112" qaynar telefon xəttinə 1982-ci il təvəllüdlü Soltanov Osman Əfsər oğlunun batması barədə məlumat daxil olub.
Nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu axtarışlara cəlb olunub. Əlavə məlumat veriləcək.