Abşeronda evlərin birindən 20 manat pul, 800 manat dəyərində qızıl üzük, mobil telefon və sənəd oğurlanıb.
Daxili İşlər Nazirliyinnin (DİN) Mətbuat Xidmətindən Unikal.org-a verilən məlumata görə, Abşeron Rayon Polis İdarəsinin əməkdaşları əməliyyat keçiriblər.
Əməliyyat tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Babək rayon sakini, əvvəllər məhkum olunmuş G.Abdullayeva saxlanılıb.