Astarada bir nəfər dənizdə batıb.

Bu barədə Unikal.org-a Fövqəladə Hallar Nazirliyindən bildirilib. Xəbərə görə, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Astara şəhərində, dənizdə (nəzarətsiz ərazidə) 1996-cı il təvəllüdlü Baxşıyev Rəşad Mehdi oğlunun batması barədə məlumat daxil olub. Nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu axtarışlara cəlb olunub.

Əlavə məlumat veriləcək.