“Gəncə hadisələri”ndə iştirak etdiklərinə görə müəyyən müddətə azadlıqdan məhrum edilmiş bir qrup məhkumun kassasiya şikayətinə Ali Məhkəmədə baxılıb.
Unikal.org xəbər verir ki, məhkəmə qərarına əsasən Qafarov Xəyal Xaliq oğlu, Quliyev Kamal Qüdrət oğlu, Allahverdiyev Vüqar Rauf oğlu və Rzayev Əli Hüseyn oğlunun cəza müddətləri endirilib, Süleymanov Raul Fazil oğlunun cəza müddəti qüvvədə saxlanılıb.
Cəza müddəti azaldılmış Xəyal Qafarov 21 gündən sonra azadlığa buraxılacaq.
Elvin Rüstəmov